Image description

2021-ci ilin yanvar-may aylarında Azərbaycanda avtomobil benzinin istehsalı 5,4% azalıb.

İndex.az xəbər verir ki, ümumilikdə qeyd olunan müddət ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 603,6 milyon manat olmaqla, əvvəl ki ilin yanvar-may ayları ilə müqayisədə 3% artıb.

Neft məhsullarından sürtkü yağlarının istehsalı 79,8%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 34,3%, neft koksunun istehsalı 16,1%, dizel yanacağının istehsalı 9,2% artıb, neft bitumunun istehsalı 7,7%, ağ neftin istehsalı 13,8%, yanacaq mazutunun istehsalı isə 36,6% azalıb.




©Trend

Bizi Telegram-da izləyin: t.me/indexaz