Image description

"Bakıinşaatsənaye" ASC 2020-ci ili 2 milyon 251 min manat xalis mənfəət ilə başa vurub.

İndex.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il "Bakıinşaatsənaye"nin əsas əməliyyat gəlirləri 32 milyon 441 min manat, sair əməliyyat gəlirləri isə 701 min manat təşkil edib.

Ötən il 33 milyon 141 min manat cəmi gəlirlərə qarşı cəmi xərclər 30 milyon 890 min manat olub. Beləliklə, “Bakıinşaatsənaye” ötən ili 2 milyon 251 min manat xalis mənfəət ilə bağlayıb.

ŞİRKƏT BÖYÜYÜB

31 dekabr 2020-ci il tarixində "Bakıinşaatsənaye" 26 milyon 877 min manat cəmi aktivlərə malik olub. ASC 2019-cu ilin sonunda 22 milyon 398 min manat cəmi aktivlərə malik idi.

“Bakıinşaatsənaye” ASC 2004-ci ildə yaradılıb. Əsas istehsal yönümü tikinti və digər sahələrdə istifadə edilən qara metal məmulatlarından künclük, şveller, dördbucaq, dairəvi və müxtəlif fasonlu dəmir məhsulları, mismar və məftillərin hazırlanmasıdır.


Bizi Telegram-da izləyin: t.me/indexaz