Image description

“Tələbə kreditləri hər tədris ili olan təhsil haqlarına uyğun veriləcək”.

Oxu.Az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, kreditlər təhsil haqqının ən yüksək faizi nəzərə alınmaqla veriləcək:

“Bu 80-100 faiz də ola bilər. Təhsil Tələbə Krediti Fondunu xaricdə təhsil almaq istəyən tələbələr üçün deyil, Azərbaycan universitetləri üçün nəzərdə tutulub”.

“Tələbə kreditlərinin faizi çox az olacaq. Məsələn, sosial paketdə bu 2 faizdir və olduqca azdır”, - deyə o əlavə edib.

Bizi Telegram-da izləyin: t.me/indexaz