Image description

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.

İndex.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ötən gün ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 339 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 191 nəfər müalicə olunaraq sağalıb, 4 959 nəfər vəfat edib. 1 189 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 162, bu günə qədər isə ümumilikdə 3 653 074 test icra olunub.

Bizi Telegram-da izləyin: t.me/indexaz