Image description

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üzrə ölkə meneceri İvana Duarte Bankdan ayrılıb.

İndex.az xəbər verir ki, o bundan sonra öz fəaliyyətini Beynəlxalq Maliyyə Korporasiyasında davam etdirəcək .

İ.Duartenin yeni vəzifəyə təyin olunması münasibəti ilə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov da təbrik mesajı yazıb:

“Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri kimi səlahiyyət müddəti başa çatan xanım İvana Duarteyə Azərbaycan-EBRD əlaqələrinin inkişafına töhfələrinə, Bankın dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihə və təşəbbüslərə görə təşəkkür edirəm. İnanıram ki, xanım İvana Duartenin Beynəlxalq Maliyyə Korporasiyasında fəaliyyəti zamanı da səmərəli əməkdaşlığımız davam edəcək”.





©Report

Bizi Telegram-da izləyin: t.me/indexaz