Image description

Bu ilin may ayında Gürcüstanın tədarük etdiyi elektrik enerjisinin həcmi illik müqayisədə 98,4% azalaraq 4,143 milyon kilovatt/saat təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilir.

Sənədə əsasən, bu həcm Azərbaycandan idxal olunub.

Yanvar-may aylarında isə Azərbaycandan qonşu ölkəyə 503,4 milyon kilovatt/saat həcmində elektrik enerjisi ixrac olunub ki, bu da ötən ilin eyni göstəricisindən 21% çoxdur.






©Report

Bizi Telegram-da izləyin: t.me/indexaz