Image description

Bu gündən etibarən COVID-19-a yoluxma hallarının artması səbəbindən Sankt-Peterburqda məhdudiyyətlər qüvvəyə minib.

İndex.az “RİA Novosti”yə istinadən xəbər verir ki, gecə saat 02:00-dan səhər saat 06:00-dək kafe və restoranların işləməsi qadağan olunub. Qadağalar çatdırılma xidmətinə şamil edilmir.

Bundan başqa, ictimai qida obyektlərində əyləncəli tədbirlərin keçirilməsinə icazə verilmir.

Kinoteatrlarda nümayiş zallarına buraxılan tamaşaçı sayı 75%-dən 50%-ə endirilib.

AVRO-2020-nin fan-zonalarında ictimai qida obyektlərinin fəaliyyəti və meyvə satışı qadağan edilib. İstisna yalnız içkilər təşkil edir.

Xatırladaq ki, koronavirusla bağlı vəziyyətin pisləşməsi səbəbindən daha öncə Rusiyanın bir sıra regionlarında da karantin məhdudiyyətləri bərpa edilib.

Bizi Telegram-da izləyin: t.me/indexaz