Image description

2021-ci ilin yanvar-may ayında Azərbaycanın bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ən ixrac olunduğu ölkələr açıqlanıb.

İndex.az xəbər verir ki, Azərbaycan mənşəli xam neftin ən çox ixrac olunduğu ölkələr siyahısına yenə İtaliya liderlik edib.

Hesabat dövründə bu ölkəyə 5 mln. 982 min 918 ton həcmində Azərbaycan nefti ixrac olunub.

Azərbaycan neftinin ikinci ən böyük alıcısı Hindistan olub. Belə ki, 5 ayda Hindistana 845 min 591 ton Azərbaycan nefti alıb.

İspaniya və İsrail ixrac olunan Azərbaycan neftinin növbəti ən böyük alıcılarındandır. Yanvar-mayda İspaniya 865 min 947 ton, İsrail isə 615 min 917 ton həcmində Azərbaycan nefti alıb.

Azərbaycan neftinin növbəti ən böyük alıcılarının siyahısı belədir: Portuqaliya 451 min 184 ton, Tunis 406 min 537 ton, Xorvatiya 444 min 812 ton, Ukrayna 480 min 801 ton, Tailand 277 min 101 ton, Böyük Britaniya 270 min 508 ton.





©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz