Image description

Bu ilin yanvar-may aylarında Azərbaycan 199,7 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,8% çoxdur.

5 ay ərzində Azərbaycanın əczaçılıq məhsullarının ixrac dəyəri isə 523 min ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 39,5% çoxdur.

Hesabat dövründə əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 4,55%-ni, ixrac isə ümumi ixracın 0,01%-ni təşkil edib.

Bizi Telegram-da izləyin: t.me/indexaz