Image description

Bu il yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 11 milyard 820,2 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1% çoxdur.

Bu ilin ilk 5 ayında xarici ticarət 7,427 milyard ABŞ dolları ixracın, 4,393 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,5% çox, idxal isə 5,5% artıb.

Son nəticədə xarici ticarətdə 3,034 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 8,1% çoxdur.

Bizi Telegram-da izləyin: t.me/indexaz