Image description

2021-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 1.9% azalaraq 722.3 manat təşkil edib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə maliyyə və sığorta sahəsi üzrə çalışanların orta aylıq əməkhaqları artıb.

Belə ki, 2021-ci ilin yanvar-aprel aylarında maliyyə və sığorta sahəsində işləyənlərin orta aylıq əməkhaqları 2 202.6 manat, dövlətdə çalışanlarda 1 737.2 manat, özəldə çalışanların isə 2 326 manat olub.

Bu ilin yanvar-mart aylarında maliyyə və sığorta sahəsində işləyənlərin orta aylıq əməkhaqqları 1 633.1 manat, dövlət sektorunda çalışanlarda 1 736.5 manat, özəl sektorda çalışanların isə 1 605.5 manat olub.

Bizi Telegram-da izləyin: t.me/indexaz