Image description

Xanım müştəri Azərbaycanda kifayət qədər tanınmış qapı-pəncərə istehsalı və satışı ilə məşğul olan "Avropa qapıları” şirkətindən şikayət edib.

İndex.az xəbər verir ki, şikayətin əsas səbəbi isə onunla bağlıdır ki, gələcəkdə onlar kimi, digər müştərilərin də aldanmamasıdır.
Belə ki, adının çəkilməsini istəyməyən müştəri bildirib ki, aprelin 24-ü “Avropa qapıları” mağazasına yaxınlaşıb 4 eyni qapı sifariş verib.
Onun sözlərinə görə, ödəniş edərkən, pulun yarısını sifariş zamanı, yarısını da çatırılmadan sonra ödəmək istəsə də, cavabında "5 manat belə əksik olmamalıdır" deyiblər: “Dedikləri kimi etdik. Bunun qarşılığında sifariş blankını tələb etdikdə, bizə ölçü götürmək üçün ünvana gələcək usta ilə blankı göndəcəklərini bildirdilər. Elə həmin gün ustanı göndərdilər. Amma blank verilmədi. 2 gün sonra zəng edib dedilər ki, sizin seçdiyiniz rəng alınmır, başqa rəng təklif edirik və s. Biz yenə də anlayışla qarşılayıb, başqa rəng seçdik”.

Müştəri deyir ki, mayın 14-ü göndərilməli olan qapılar gecikdi: “Biz zəng edib maraqlandıqca müxtəlif bəhanələrlə gecikməni izah etdilər. Biz bunu da problem etmədik. Nəhayət, dünən qapılar quraşdırılan zaman məlum oldu ki, ölçü götürən ustanın 12 rəzə qeyd etməsinə baxmayaraq 8 rəzə göndərilib. Biz də sifariş blankı verilmədiyi üçün, quraşdırılma üçün gələn ustaya verilən blankdan sayını dəqiqləşdirdik. Blankda çap ilə 12 rəzə qeyd olunmasına rəğmən üstünü qələm ilə qaralayıb 8 rəzə qeyd ediblər. Zəng vurub, qalan rəzələri tələb edəndə müxtəlif bəhanələrlə məni yola verməyə çalışdılar və nəticədə rəzələri yollamadılar. Bundan sonra mənə 050 623 66 66 Adil bəy (israr etsəm də vəzifəsini demədi) "Xanım siz dünyanın o başında qalırsız, biz necə göndərək" kimi cümlə qurdu və boyunlarına almadılar. Satış meneceri Rəsmiyyə xanım isə artıq telefonlarımı açmırdı. Mağazaya qapıları iadə etmək istədiyimi dedikdə isə. "Biz artıq qapiları sizə satmışıq və iadə edə bilmərik” dedilər. Adil bəy də artıq telefonlarımı açmadı. Mağazanın səhər nömrəsinə zəng etdik. Elşad bəy də "əlinizdə çek blank yoxdur sübut edə bilməzsiz dedi".

Müştəri deyir ki, əlaqə saxladıqları nömrələrdə heç kim öz vəzifəsini demirdi ki, bilək kiminlə danışırıq: “Danışıq üslubları məsuliyyətsizliklərindən də pis idi. Sonda bizə "əşi neynirsiz eliyin, bu artıq o qapıları sizə satmışıq, pulunu da ödəmisiniz" deyib yekunlaşdırdılar. Həmin rəzələri tapmaq çətin olduğu üçün qapıları quraşdırmağa çarə axtaranda, birdən sirli şəkildə göndərdikləri ustada eyni rəzələrdən elə 4 ədəd olduğu məlum oldu. Biz isə əsəblərimizi daha artıq pozmamaqdan və qapıların yerdə qalmamasından ötrü həmin "təsadüfün" qarşılığında rəzələrə əlavə ödəniş edib quraşdırmağa nail ola bildik.

Xanım müştəri deyib ki, qapılar müştərinin ünvanına paketlənməmiş halda gəlib. Bundan başqa, ağ qapilarda cızıqlar var idi: “Biz bunları stresdən problem olaraq belə görə bilmədik”.
Sonda müştəri digər müştərilərə də məsləhət görüb ki, “Avropa Qapıları”ndan sifariş verdikdə, pis sürprizlərə hazırlıqlı olun!

İndex.az “Avropa qapıları” şirkətinin mövqeyini də dərc etməyə hazırdır.

Bizi Telegram-da izləyin: t.me/indexaz