Image description

Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 603,6 milyon manat təşkil edib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 3% çoxdur.

Hesabat dövründə 478,7 min ton həcmində avtomobil benzini, 1 milyon 016,6 min ton dizel yanacağı, 20,5 min ton sürtkü yağları, 92,2 min ton neft bitumu istehsal edilib.

Belə ki, bu ilin 5 ayı ərzində Azərbaycanda avtomobil benzini istehsalı 5,4%, neft bitumunun istehsalı 7,7% azalıb, dizel yanacağının istehsalı isə 9,2%, sürtkü yağlarının istehsalı 79,8 % artıb.

Həmçinin, bu ilin ilk 5 ayında ölkədə 176,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 189,5 min ton ağ neft, 24,4 min ton yanacaq mazutu, 110,5 min ton neft koksu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 34,4%, neft koksunun istehsalı 16,1% artıb, ağ neftin istehsalı 10,5%, yanacaq mazutunun istehsalı 36,6% azalıb.

Bizi Telegram-da izləyin: t.me/indexaz