Image description

İlin əvvəlindən ölkə əhalisinin sayı 13945 nəfər və ya 0,14 faiz artaraq 2021-ci il may ayının 1-i vəziyyətinə 10133078 nəfərə çatıb.

İndex.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bizi Telegram-da izləyin: t.me/indexaz