Image description

Ötən həftə bahalaşma göstərən neft qiymətlərində artım davam edir.

İndex.az xəbər verir ki, Londonun “İCE Futures” birjasında Bakı vaxtı ilə saat 9.20-yə olan vəziyyətə görə “Brent” markalı neftin avqust fyüçersləri cümə günü 0,2 faiz bahalaşdıqdan sonra 0,44 faiz də bahalaşaraq 73,01 ABŞ dollarından, Nyu York Əmtəə Birjasında (NYMEX) “WTI” markalı neftin iyul fyüçersləri də cümə günü 0,9 faiz bahalaşdıqdan sonra 0,45 faiz də bahalaşaraq 71,23 dollardan satılıb. Ötən həftə hər iki neft markası müvafiq olaraq 1,1 faiz və 1,9 faiz bahalaşıb.

İnkişaf etmiş ölkələrdə karantin məhdudiyyətlərinin tədricən ləğv olunması və peyvəndləmənin geniş vüsət alması nəicəsində neftə tələbatın gələcəyinə dair nikbinliyin artmasına gətirib çıxardığı bildirilir. Beynəlxalq Enerji Agentliyi (EIA) dünya bazarında neftə tələbatın pandemiyadan əvvəlki səviyyəyə 2022-ci ilin sonunda qayıdacağını açıqlayıb. Təşkilatın hesabatına görə neftə gündəlik tələbat cari ildə 5,4 milyon barel, gələn il də 3,1 milyon barel artacaq.

Bizi Telegram-da izləyin: t.me/indexaz