Image description

Səudiyyə Ərəbistanı koronavirus pandemiyasına görə 60 min nəfərlik say məhdudiyyəti tətbiq edilməklə yalnız ölkə vətəndaşlara Həcc ziyarətinə icazə verib.

İndex.az-ın SPA-ya istinadən verdiyi məlumata görə, bu barədə Həcc və Umrah Nazirliyi açıqlama verərək bu il iyul ayının ortalarında başlayan həccdə 18-65 yaş arası zəvvarlar iştirak edəcəyini bildirib.

“Hər il zəvvarları qəbul etməkdən qürur duyan Səudiyyə Ərəbistanı kralığı bu tənzimləmənin zəvvarların sağlamlığı, təhlükəsizliyi, mühafizəsinə davamlı qayğıdan, habelə onların ölkələrinin təhlükəsizliyindən irəli gəldiyini təsdiqləyir” – deyə açıqlamada vurğulanır.

Ötən ilki həcc ziyarətində iştirak etmək üçün ölkədə yaşayan vur-tut 1000 nəfər xüsusi seçilmişdi. İştirakçıların üçdə ikisi adətən həcc ziyarətində iştirak edən 160 millətin nümayəndələri, üçdə biri isə Səudiyyə Ərəbistanı təhlükəsizlik və tibbi işçiləri olub.

Bütövlükdə həcc ziyarətinə hər il dünyanın müxtəlif ölkələrindən 2 milyonadən zəvvar gəlir.





©Report

Bizi Telegram-da izləyin: t.me/indexaz