Image description

Vergi Məcəlləsinin müvafiq maddəsinə görə, sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aid edilməklə ƏDV-dən azaddır.

İndex.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qeyd edilənlərə əsasən, qeyri-rezident olan sığorta şirkəti tərəfindən rezident şəxsə sığorta əməliyyatları üzrə xidmətlər göstərildiyi halda, həmin xidmətlərə görə ödənilən haqq ƏDV-yə cəlb olunmur.
Həmçinin ƏDV məbləğinin geri qaytarılması ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə aidiyyəti üzrə banka müraciət etmək tövsiyə edilir.





©Azərtac

Bizi Telegram-da izləyin: t.me/indexaz