Image description

Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları zamanı azarkeşlərin daşınması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin (BNA) təşkil etdiyi X1, X2, P21 və P22 ekspres xətləri üzrə daşımalar başlayıb.

İndex.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Bundan əvvəl isə tibbi müayinədən keçən sürücülərə, həmçinin təhlükəsizlik və onların vəzifələrinə dair təlimatlar verilib.

Təyin olunan məntəqələrdən Bakı Olimpiya Stadionu (BOS) istiqamətində daşımalar oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək. Oyundan sonra azarkeşlər BOS İctimai Nəqliyyat Terminalından geriyə daşınacaq.

Ekspres xətlərin keçdiyi yollarda nəqliyyat vasitələrin fasiləsiz hərəkətini təmin etmək üçün zəruri tədbirlər görülür.

Bizi Telegram-da izləyin: t.me/indexaz