Image description

"Əlbəttə ki, Cənub Qaz Dəhlizinin icrası əməkdaşlığın, uzunmüddətli əməkdaşlığın tamamilə yeni formatını yaratdı. İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir, neftimiz üçün əsas bazardır. Bunlar bizim ikitərəfli əməkdaşlığımızda həqiqətən də mühüm nailiyyətlərdir və Cənub Qaz Dəhlizi həqiqətən də tarixi bir layihədir, tarixi əhəmiyyətə və böyük mürəkkəbliyə malik olan layihədir".

İndex.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurinin etimadnaməsini qəbul edərkən deyib.

"Lakin indi düşünürəm ki, bütün bunlara nail olduqdan sonra biz gələcəyə baxmalıyıq və dost ölkələr praktiki əməkdaşlıq üçün yeni sahələr tapmalıdır. Əminəm ki, bu, baş verəcək", - dövlət başçısı vurğulayıb.

Bizi Telegram-da izləyin: t.me/indexaz