Image description

Avropa çempionatına akkreditə olunmuş şəxslər Bakı metropolitenindən gediş haqqı ödəmədən və müvafiq vəsiqəni təqdim edərək istifadə edə biləcəklər.

İndex.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, Bakıda keçiriləcək futbol üzrə UEFA Avropa çempionatının final mərhələsinin oyunları ilə əlaqədar futbol azarkeşlərinin, akkreditə olunmuş şəxslərin və şəhərimizin qonaqlarının marağını nəzərə alaraq, matçlar başa çatandan sonra gecə saat 02:00-a qədər metropoliten sərnişindaşıma fəaliyyəti göstərəcək.

Eyni zamanda, AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarına akkreditə olunmuş şəxslər iyulun 5-nə qədər paytaxtda müntəzəm marşrut xəttlərindən də pulsuz istifadə edəcəklər.

Beləliklə, Avropa çempionatının əhəmiyyəti, paytaxta gələcək idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə metropoliten stansiyaları iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək.

Bizi Telegram-da izləyin: t.me/indexaz