Image description

Bu ilin yanvar-may aylarında Azərbaycanda əsas kapitala 4 907 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% az vəsait yönəldilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 2,1%, qeyri-neft-qaz sektoruna investisiyalar isə 7,9% azallb.

İstifadə olunmuş vəsaitin 3 392,2 milyon manatı və yaxud 69,1%-i məhsul istehsalı sahələrinə, 1 143,2 milyon manatı və yaxud 23,3%-i xidmət sahələrinə, 371,6 milyon manatı və yaxud 7,6 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

5 aylıq investisiya qoyuluşunun 2 960,8 milyon manatını və yaxud 60,3%-ni daxili vəsaitlər təşkil edib, 3 287,1 milyon manatı və yaxud 67%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 61,5%, büdcə vəsaitləri 18,1%, bank kreditləri 6%, əhalinin şəxsi vəsaitləri 6,9%, sair vəsaitlər isə 7,5% paya malik olub.

Bizi Telegram-da izləyin: t.me/indexaz