Image description

Bu gündən etibarən iri ticarət mərkəzləri və "Mall"lar fəaliyyətini bərpa edib. Artıq iri ticarət mərkəzləri və "Mall"lara giriş sakinlərin üzünə açıqdır.

İndex.az xəbər verir ki, "Report"un əməkdaşı paytaxtdakı "Mall"ların fəaliyyətinin bərpa edildiyi ilk gündə fotoreportaj hazırlayıb.

Məlum olub ki, pandemiyadan əvvəlki dönəmlərdə qarşısında daima insan izdihamı yaşanan "Mall"lara giriş kəskin şəkildə azalıb. Təxminən, 1 il 3 aylıq fasilədən sonra iri ticarət mərkəzləri və "Mall"lar fəaliyyətini bərpa etsə də, hələlik, bu mərkəzlərin imkanlarından yararlananların sayı azdır.

Qeyd edək ki, 10 iyun saat 00:00-dan iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla) fəaliyyəti bərpa edilib.

Xatırladaq ki, "Mall”ların fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.

Bizi Telegram-da izləyin: t.me/indexaz