Image description

Salvador bitkoin kriptovalyutasını rəsmi ödəmə vasitəsi kimi tanıyan ilk ölkə olub.

İndex.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir. Bildirildiyi kimi, onun dəyəri təxminən 10% artıb və pik nöqtədə 37 692 dollar təşkil edib.


Xatırladaq ki, 9 iyunda Ekvador parlamenti bitkoinə rəsmi ödəmə vasitəsi statusunu verən qanun qəbul edib. Yaxın zamanda sənəd ölkə prezidenti Nayib Bukele tərəfindən imzalanacaq.

O, bitkoinin rəsmi ödəmə vasitəsi olaraq tanınmasının ölkənin ÜDM-sinin təxminən 20%-ni təşkil edən miqrantların köçürmələrini asanlaşdıracağını söyləyib.






©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz