Image description

Aprel ayında hava nəqliyyatı ilə beynəlxalq daşımalara qlobal tələbat 2019-cu ilin eyni dövrü ilə müqayisədə 87,3% azalıb (sərnişin-kilometrdə).

İndex.az xəbər verir ki, bubarədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesabatında deyilir.

Bu ilin aprelində dünyada sərnişin aviadaşımalarında azalma 2019-cu ilin aprel ayına nisbətən (pandemiyadan əvvəlki dövr) 65,4% azalıb, cari ilin martında azalma 66,9% təşkil edib. 2021-ci ilin mart ayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə beynəlxalq aviadaşımaların həcmi 87,8% azalıb.

Daxili aviareyslərə tələbat 2019-cu ilin aprelindən 2021-ci ilin aprelinədək 25,7% azalıb. Bu göstərici cari ilin mart ayında qeydə alınmış 31,6%-lik azalmaya (2019-cu ilin eyni ayı ilə müqayisədə) nisbətən bir qədər yaxşılaşıb.

IATA-nın məlumatına görə, böhrandan əvvəlki səviyyəyə nisbətən ən böyük azalma Yaxın Şərqdə (-81,7%) və Avropada (-81,5%) müşahidə edilib. Afrikada hava səyahətinə olan tələbat 76,7%, Latın Amerikasında – 64,7%, Asiya-Sakit okean bölgəsində – 57,2%, Şimali Amerikada isə 50,7% azalıb.

Xatırladaq ki, IATA-nın hesabatına görə, 2020-ci ildə sərnişin aviadaşımaları 65,9% azalıb.





©Marja

Bizi Telegram-da izləyin: t.me/indexaz