Image description

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın “TikTok” və “WeChat” istifadəsini qadağan etməsi ilə bağlı fərmanını ləğv edib.

İndex.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Qeyd edildiyi kimi, yeni icra sərəncamı həmçinin Trampın Çində inkişaf etdirilən və ya Çin tərəfindən idarə olunan digər tətbiqetmələr və proqram təminatlarına dair qərarını dəyişdirir.

“Aşağıdakı fərmanlar ləğv edilib: 6 avqust 2020-ci il tarixli 13942 saylı fərman (“TikTok-un yaratdığı təhlükənin aradan qaldırılması haqqında”); 6 avqust 2020-ci il tarixli 13943 saylı fərman (“WeChat-ın yaratdığı təhlükənin aradan qaldırılması haqqında”); 5 yanvar 2021-ci il tarixli 13971 saylı fərman (Çində yaradılan və ya Çin hökuməti tərəfindən idarə olunan tətbiqetmələr və digər proqram təminatlarının yaratdığı təhlükənin aradan qaldırılması haqqında”)”, – mesajda bildirilir.

Xatırladaq ki, daha əvvəl Tramp administrasiyası “TikTok”u amerikalıların istifadəçi məlumatlarını Çin hökumətinə ötürməkdə günahlandırıb, lakin tətbiqin sahibi olan “ByteDance” bunu təkzib edib.

Tramp keçən avqustda ABŞ-ın yurisdiksiyasına “TikTok”un bağlanması üçün bir ay vaxt versə də, bu müddət bir neçə dəfə uzadılıb. ABŞ məhkəmələri dəfələrlə “TikTok”un ölkədə fəaliyyət göstərməsinə qoyulan qadağanı əngəlləyib.





©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz