Image description

2021-ci ilin yanvar-may aylarında pensiyaçılara 1 milyard 958 milyon 600 min manat ödənilib.

İndex.az Dövlət Sosial Müdafiə Fondundan əldə etdiyi məlumata əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 84.1 mln. manat və ya 4.5% çoxdur.

Qeyd edək ki, bu ilin əvvəlindən pensiyaların sığorta hissəsi 11.4% indeksasiya edilərək artırılıb və artım 1.14 milyon pensiyaçını əhatə edib. Həmçinin 12 809 şəxsin pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablandığı müəyyən edilərək həmin şəxslərin pensiyaları artırılıb.

Bu il pensiyaçılara ödənilən məbləğ 84 milyon manat artıb






©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz