Image description

2020-ci il ərzində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı üzrə təbii qaz hasilatının həcmi 18 milyard kubmetr təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə deyilir.

Məlumata görə, yataqdan təbii qazın satışından 70 milyon 512,8 min ABŞ dolları məbləğində vəsait daxil olub.

“Şahdəniz” yatağından kondensat üzrə icra 29 milyon barrel təşkil edib, kondensatın satışından 223 milyon 435,2 min ABŞ dolları məbləğində vəsait daxil olub.

Hesabatda bildirilir ki, “Şahdəniz” yatağı üzrə hasilat proqnoza qarşı 97,8 %, kondensat yatağı üzrə 99,3 % icra edilib. Eyni zamanda “Şahdəniz” yatağından daxilolmalar üzrə icra 82,9 % təşkil edib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.




©Report

Bizi Telegram-da izləyin: t.me/indexaz