Image description

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108019883 ISIN-li, 10 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

İndex.az xəbər verir ki, hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 87.1198 AZN (12.0000%) və 101.2110 AZN (8.1999%) olan 26 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2028 AZN (8.7000%), orta ölçülmüş qiyməti 99.4319 (8.6423%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 48 milyon 600 min 700 manat yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 2 iyun 2026-ci il.

Hərrac iştirakçıları 9 iyun 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.





©Marja

Bizi Telegram-da izləyin: t.me/indexaz