Image description

“Azərbaycandan olan turistlərin marağını nəzərə alaraq, onlara Truskavets və Morşinə Kiyevdən qatarla getməyi təklif edə bilərik”.

İndex.az xəbər verir ki, bu barədə Bakıda keçirilən Kiyevin turizm imkanlarının təqdimatı zamanı Ukrayna şəhərlərinin mehmanxanaları və mehmanxana birlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Yuri Opanaşuk məlumat verib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi assosiasiya 2014-cü ilin sonunadək həyata keçirilmiş uçuşların bərpa edilməsi xahişi ilə 2015-ci ildə Ukraynanın İnfrastruktur Nazirliyinə müraciət edib. “Söhbət Lvov və Bakı arasında birbaşa reyslərdən gedir. Çünki orada Azərbaycan vətəndaşlarının tez-tez səfər etdiyi Truskavets və Morşin kimi kurortlar yerləşir”.

Yuri Opanaşuk qeyd edib ki, Ukraynanın bu şəhərlərində yerləşən sanatoriyalar azərbaycanlı turistlər arasında böyük tələbata malikdir: “Marağı nəzərə alaraq, hazırda bu şəhərlərə Kiyevdən səhər saat 8-də yola düşən qatarla da getməyi təklif edə bilərik”.





©Report

Bizi Telegram-da izləyin: t.me/indexaz