Image description

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri daşınmaz əmlakın icbari sığortası üzrə ilin birinci rübündə 27 milyon 966 min manat həcmində sığorta haqqı yığıb.

İndex.az Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən xəbər verir ki, bu sığorta növü üzrə müştərilərə 620 min manat ödəniş həyata keçirilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqlarının məbləğində 2020-ci ilin eyni dövrü ilə müqayisədə 6 milyon 640 min manat və ya 31.1% artıb, ödənişlər isə 3.5 dəfə azalıb.





©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz