Image description

"AzerGold" QSC Daşkəsən rayonundakı Çovdar Filiz Emalı Sahəsində toplanmış filizin boşaldılması, kənarlaşdırılması və digər sahələrə yerləşdirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İndex.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Buta Construction" QSC-dir.

Qalib şirkətə 2,536 milyon manat ödəniləcək.

Bizi Telegram-da izləyin: t.me/indexaz