Image description

“Tesla” səhmlərinin 5%-lik çöküşü elektrikli avtomobil istehsalı şirkətinin qurucusu İlon Maskın sərvətinin azalmasına səbəb olub.

İndex.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Qeyd edək ki, iş adamı bir gündə təxminən 6 milyard dollar itirib.

Cümə günü Çində elektrikli avtomobillərə tələbatın aşağı düşməsi xəbəri fonunda səhmlər 5.33% ucuzlaşıb. Hal-hazırda İlon Maskın sərvəti 145.7 milyard dollar dəyərində qiymətləndirilir.

May ayında Çində “Tesla” avtomobillərinin satışı təxminən 50% azalıb. Bu, Çin hökumətinin Amerika şirkətləri üzərində nəzarəti gücləndirməsi ilə əlaqəli olub. Yerli tənzimləyicilər yol təhlükəsizliyi risklərinin artmasından narahatdırlar. Üstəlik, Pekin və Vaşinqton arasındakı münasibətlər günü-gündən kəskinləşir.

Şirkətin hesabatına görə, Çində aylıq sifarişlərin həcmi 9800 avtomobilə qədər azalıb. Xatırladaq ki, aprel ayında bu göstərici 18 min olub. “Tesla” üçün Çin bazarı ABŞ-dan sonra ikinci yerdə dayanır. Şirkətin ümumi satışlarının 30%-i bu ölkənin payına düşür.




©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz