Image description

Azərbaycanda bank müştərilərinin sayı 2021-ci ilin aprel ayına 9 722 780 nəfər təşkil edib. 2020-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 8 251 648 nəfər olub ki, bu da illik müqayisədə bank müştərilərinin 1 471 132 nəfər artması deməkdir.

İndex.az bu barədə Mərkəzi Bankın statistikasına istinadən xəbər verir.

Apreldə müştəri hesablarının sayı 433 min 778 artaraq 22 milyon 100 min 623-ə çatıb. O cümlədən, cari hesabların sayı 338 min 360 artaraq 19 milyon 136 min 946-ya, kredit hesablarının sayı 91 min 131 artaraq 2 milyon 733 min 735-ə, depozit hesablarının sayı isə 4 min 287 artaraq 229 min 942-ə yüksəlib.

Bu ilin mart ayı ilə apreldə müqayisədə fiziki şəxslərin cari hesablarının sayı 335 min 531, hüquqi şəxslərin cari hesablarının sayı isə 2 min 829 artıb.

Bizi Telegram-da izləyin: t.me/indexaz