Image description

Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik olan “Kapital Bank” ASC 2020-ci ildə plastik kart əməliyyatlarından gəlirini kəskin artırıb.

İndex.az xəbər verir ki, bu barədə bankın audit hesabatında qeyd edilir.

Bank 2020-ci il ərzində 88.86 milyon manat həcmində plastik kart əməliyyatları üzrə gəlir əldə etmişdir. Bu isə 2019-cu ildəkindən 29% çox olması deməkdir.

Plastik kart əməliyyatları üzrə xərci cəmi 22.22 milyon manat olmuşdur. Bu isə 2.4 dəfə illik müqayisədə artım deməkdir.

Plastik kart əməliyyatları üzrə xalis gəlirin həcmi 66.64 milyon manat təşkil edib, bu 2019-cu ildə 59.55 milyon manat idi.





©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz