Image description

Azərbaycan tarixində ilk dəfə fərdi sahibkarlara verilən kreditlərin həcmi 1 milyard manatı ötüb.

İndex.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, 1 may 2021-ci il tarixinə, fiziki şəxs olub, şirkət yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara verilən kreditlərin həcmi 1 017.4 milyon manat (yuvarlaq 1.02 mlrd. manat) təşkil etmişdir.

Fərdi sahibkarlara verilən kreditlərin ilin əvvəli ilə müqayisədə 20%, son bir ildə isə 52% artmışdır.

Bu kreditlərin 93.2%-i manatda (milli valyuta kimi) verilmiş və bu da 948.3 milyon manatı əhatə edir. Milli valyutada verilmiş kredirlərin 2020-ci ilin eyni dövründə 576.6 milyon manat olmaqla 86.3% paya sahib idi.

Həmçinin portfelin 935.3 milyon manatı uzunmüddətli kreditlərdir.





©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz