Image description

Türkiyəli məşhur aktrisa Dilan Çiçek Deniz dondurma reklamından aldığı qonorarla diqqət çəkib.

İndex.az xəbər verir ki, 26 yaşlı aktrisa, dünya şöhrətli İspan serialı "La Casa de Papel" ilə əməkdaşlıq edərək dondurma reklama çəkilib. İlkin qonorar olaraq isə 500 min TL (97 min azn) pul alıb.

Hər kəsin diqqətini çəkən reklamda Dilan "Magnum X" dondurmasını əldə etmək üçün "La Casa de Papel" serialından olan səhnələri canlandırıb.

Qeyd edək ki, gənc aktrisa bundan əvvəl "Alev-Alev" serialında "Rüya" obrazını canlandırırdı.







©Unikal.org

Bizi Telegram-da izləyin: t.me/indexaz