Image description

Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsi dövlət büdcəsi qarşısında öhdəliyinə 114,2% əməl edib.

İndex.az xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev "Tvitter" sosial şəbəkəsindəki hesabında bildirib.

"Nəzərdə tutulan proqnozdan əlavə 206,3 milyon manat vəsaitin toplanılaraq büdcəyə köçürülməsi təmin olunub" - deyə o, qeyd edib.

Bizi Telegram-da izləyin: t.me/indexaz