Image description

Rusiyanın “Ural Airlines” aviaşirkəti Perm-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlayıb.

İndex.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, bu gün yerli vaxtla saat 7:30-da Perm-Bakı aviareysi üzrə ilk uçuş yerinə yetirilib.

“Əks istiqamət üzrə uçuş saat 11:35-də həyata keçiriləcək. Uçuşlar hər həftənin IV günləri “Airbus” təyyarələri ilə yerinə yetiriləcək”, – hava limanından bildirilib.

Qeyd edək ki, hazırda Bakıdan Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Krasnoyarsk, Omsk, Norilsk, Ufa, Mineralnıye Vodı və Həştərxan şəhərlərinə uçuşlar yerinə yetirilir.





©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz