Image description

Dünya bazarında Azərbaycanda hasil olunan "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti bu gün – 3 iyun tarixində 0,71 dollar artaraq 71,28 dollar olub.

İndex.az xəbər verir ki, "Azeri Light" markalı neftinin qiyməti may ayınının əvvəlindən ötən bir ay ərzində 7,5% və ya 5 dollar bahalanıb.
Məlumat üçün bildirək ki, "Azeri Light" markalı neftinin qiyməti ötən ilin aprel ayının 22-də ən aşağı səviyyəyə - 1 barelinin qiyməti 15,8 dollara düşüb. "Azeri Light" markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel "Azeri Light" markalı neftin qiyməti 149,66 dollar olub.

Bu gün ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin dəyəri 1 barelə görə 71,76 dollar təşkil edir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin dəyəri isə bu gün 1 barelə görə 69,20 dollar olub.





©Yeniavaz

Bizi Telegram-da izləyin: t.me/indexaz