Image description

Azərbaycanda 2021-ci ilin aprel ayı üzrə sığorta şirkətlərinin maliyyə vəziyyəti açıqlanıb.

İndex.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ən çox sığorta yığımı edən şirkətlər arasında birinci yeri “Paşa Həyat Sığorta” şirkəti tutur. (112 milyon 50 min manat). İkinci yerdə isə 87 milyon 219 min manat olmaqla “Paşa Sığorta” dayanır. Üçüncü yerdə “Dövlət Sığorta Kommersiya” qərarlaşıb. (39 milyon 961 min manat).

Aprel ayında ən az yığım edən şirkətlər isə “Bakı Sığorta” (979 min manat), “Naxçıvansığorta” (654 min manat), “Meqa Həyat Sığorta” (147 min manat) sığorta şirkətləridir.






©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz