Image description

Nyu-Meksika ştatında insanları peyvənd olunmağa təşviq etmək üçün 10 milyon dollar dəyərində lotereya kampaniyası keçiriləcək.

İndex.az xəbər verir ki, bu barədə Nyu-Meksika qubernatoru Mişel Luhan Qrişam öz tviter hesabında paylaşım edib. O, paylaşımda vaksin olunan vətəndaşlarına müraciət edərək, “qazanmaq üçün qeydiyyatdan keçin! Gəlin Nyu-Meksikanı təhlükəsiz və sağlam tutaq!” sözlərini qeyd edib.

İyunun ortalarından başlayaraq Meksikada qaliblərə beş həftə ərzində 250 min dollar, avqustun əvvəlində isə tək qalibə 5 milyon dollar mükafat veriləcəyi nəzərdə tutulub.




©Yeniavaz

Bizi Telegram-da izləyin: t.me/indexaz