Image description

Mənzil qiymətlərinin artım sürətinə görə ölkələr arasında Türkiyə birinci yerdədir.

İndex.az xəbər verir ki, 2020-ci ilin birinci rübünün sonundan cari ilin birinci rübünün sonunadək dünyanın 56 ölkə və bölgəsindəki mənzil qiymətlərilə bağlı “Knight Frank” beynəlxalq məsləhət mərkəzinin bu gün açıqladığı hesabatına görə, qonşu ölkədə 32 faizlik bahalaşma qeydə alınıb.

Sonrakı yerləri ardıcıllıqla Yeni Zellandiya (22,1%), Lüksemburq (16,6%), Slovakiya (15,5%), ABŞ (13,2%), İsveç (13%), Avstriya (12,3%), Niderland (11,3%), Rusiya (11,1%), Norveç (10,9%) tutur.

Ümumilikdə isə reytinqin əhatə etdiyi ölkə və bölgələrdə sözügedən müddət ərzində orta qiymət dəyişikliyi 7,3 faizdir. O cümlədən, 13 ölkədə qiymət artımı ikirəqəmlidir. Bu isə cari ilin birinci rübünə təsadüf edib. Cari ildə qeydə alınan bahalaşma 2006-cı ildən bu yana ən yüksək həddir.

Ekspertlərin qənaətincə, cari ilin sonunadək qiymət artımı səngiyəcək. Bunun əsas səbəbləri kimi koronavirusun yeni variantlarının ortaya çıxması, yeni peyvəndlərin hazırlanması, peyvəndləmənin ləngiməsi göstərilir.




©Report

Bizi Telegram-da izləyin: t.me/indexaz