Image description

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun Türkiyədə milyonluq biznes şəbəkəsi üzə çıxıb. 

 

Əldə edilən məlumata görə, hazırda sabiq mımurun oğlu İsrafil Abutalıbov Türkiyədə bahalı otel-restoran biznesi və qiymətli zinət əşyalarının satışı ilə məşğul olur. 

 

Sözügedən otel-restoranlar İstanbulun ən bahalı və tarixi yerlərindən biri sayılan Sultanəhməd meydanında yerləşir. Otel və restoranlarının üzlüklərində qızıldan da istifadə olunub. 

 

Hacıbala Abutalıbovun Türkiyədə bizə məlum olan biznesinin siyahısını oxuculara təqdim edirik:

 

  • 5 ulduzlu "Ajwa Hotel Sultanahmet" oteli (İstanbul)
  • "Zeferan" restoranı
  • "Sukkari Patisserie" şirniyyat evi
  • "Qapalı çarşı"da (İstanbul) qızıl mağazaları və s.

 

Qeyd edək ki, İsrafil Abutalıbov Türkiyədə Cənubi Azərbaycandan olan türk iş adamı və "Abu Bəkr" adı ilə biznes fəaliyyətilə məşğul olur.

 

Onu da bildirək ki, İsrafil Abdutalıbov bir neçə il əvvəl Bakının Biləcəri qəsəbəsində "Ətirşah" adlı restoran açmışdı.

 

© Demokrat.az