Image description

Belavia yeni istiqamətlərin tapılması və marşrutların tənzimlənməsi üzərində işləyir.

İndex.az xəbər verir ki, bu barədə aviaşirkətin rəsmi Facebook hesabında bildirilir.

Qeyd edilib ki, bugün Belavia-nın uça biləcəyi ölkələrin siyahısına Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya, İsrail, Qazaxıstan, Türkiyə, Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri daxil edilib.

Hava yolu şirkəti Litva, Böyük Britaniya, Fransa, Ukrayna, Latviya, Finlandiya, Çex Respublikası, İsveç, Estoniya, Polşa, İtaliya, Hollandiya, Almaniya, Avstriya, Belçika, İspaniya, Macarıstan, Moldova, Serbiya və Kiprə isə uçuşları dayandırıb.

"Bu şirkət üçün böyük bir itkidir, ancaq Belavia komandası bunun öhdəsindən gəlmək üçün hər cür səy göstərir. Şirkətimiz yeni istiqamətlər açaraq COVID-19 pandemiyasından qurtulmağa başladı. Hazırda mütəxəssislərimiz yeni istiqamətlərin tapılması və marşrutların tənzimlənməsi üzərində işləyir", - məlumatda ​​deyilir.





©Marja

Bizi Telegram-da izləyin: t.me/indexaz