Image description

Səhiyyə Nazirliyinin "Respublika Sanitariya-Karantin Mərkəzi" publik hüquqi şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (açıq tender) qalibi məlum olub.

İndex.az xəbər verir ki, tender müsabiqəsinin qalibi "Şuşa Holding" MMC olub.

"Şuşa Holding" MMC “Respublika Sanitariya-Karantin Mərkəzi” 174 min 753 manat dəyərində dəftərxana ləvazimatları və təsərrüfat malları satacaq.
Qeyd edək ki, “Şuşa Holding” MMC ötən ilin dekabr ayının 14-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan ev.34 m.30-da yerləşir. MMC-nin qanuni təmsilçisi Talıbov Süleyman Yunsur oğludur.
Məlumat üçün bildirək ki, ötən il qanuni təmsilçisi Talıbov Süleyman Yunsur oğlu olan daha 4 MMC dövlət qeydiyyatına alınıb.

Onu da bildirək ki, Səhiyyə Nazirliyinin "İctimai Səhiyyə və İslahatlar Mərkəzi" Publik Hüquqi Şəxsi tərəfindən ötəy ay keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi də "Şuşa Holding" MMC olub.
"Şuşa Holding" MMC "İctimai Səhiyyə və İslahatlar Mərkəzi"nə tibb işçiləri arasında aparılan vaksinasiyanın effektivliyi tədqiqatları lahiyəsi cərçivəsində 22 min 48 manat dəyərində tibbi əşyalar və ləvazimatlar satacaq.




©Yeniavaz

Bizi Telegram-da izləyin: t.me/indexaz