Image description

Azərbaycan manatının məzənnəsi ticarət tərəfdaşlarının valyutaları qarşısında bir qədər də möhkəmlənib.

İndex.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2020-ci ilin aprel ayı üzrə hesabatında bildirilir.

Aprel ayında manatın real effektiv məzənnəsi 103.9 bənd təşkil edib. Bu da öncəki aydan 1.7 bənd artım deməkdir.

Manatın məzənnəsinin real effektiv məzənnəsi son bir ilin ən yaxşı göstəricisinə nail olub. Belə ki, son bir ildə ən yüksək 106.3 bənd olmaqla 2020-ci ilin may ayında qeydə alınmışdı.

Manatın real effektiv məzənnəsi aprel ayında qeyri-neft sektoru üzrə 100.8 bənd olmuş, öncəki ayda bu 98.9 bənd idi.

REM – Manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortasını əks etdirir.




©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz