Image description

1 iyun 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106018887 ISIN-li, 50 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

İndex.az xəbər verir ki, Birjanın yaydığı məlumata görə, hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 86.6872 AZN (13.0000%) və 101.8441 AZN (6.8100%) olan 36 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.4665 AZN (6.9500%), orta ölçülmüş qiyməti 101.4971 (6.9386%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 297 milyon 241 min 200 manat yerləşdirilmiş həcmi isə 75 milyon manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 28 may 2024-cü ildir.

Hərrac iştirakçıları 2 iyun 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hrrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.





©Marja

Bizi Telegram-da izləyin: t.me/indexaz