Image description

Çin yuanı dünya ticarətində ən çox istifadə edilən valyutalardan biri olacaq.

İndex.az xəbər verir ki, bu barədə amerikalı milyarder, “Bridgewater” fondunun təsisçisi Rey Dalio CNBC telekanalına müsahibəsində bildirib.

O, xüsusilə Çinin rəsmi rəqəmsal valyutasına diqqət çəkib. Sahibkarın proqnozuna görə, yuan amerikalı analoqundan daha həyat qabiliyyətli olacaq.

“Mən hesab edirəm ki, gələcəkdə insanlar valyutaları özləri seçəcəklər və daha möhkəm iqtisadi təməllərə malik valyutalar ən rəqabətədavamlı olacaq. Bu, bir çox ölkələr üçün təhlükə olacaq”, – Dalio əlavə edib.







©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz