Image description

İyun ayının 1-dən etibarən hava yolu ilə Naxçıvana səfər edən şəxslərdən COVID-19 virusunun neqativ nəticələri barədə arayış tələb olunmayacaq.

İndex.az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib. Qeyd olunub ki, bu, TƏBİB-in qərarıdır.

Məsələyə TƏBİB-dən də münasibət almaq istədik, lakin qurumdan rəsmi sorğu göndərməyimiz tələb olundu.

Nazirlər Kabineti yanında Operativ Qərargahın rəyini də almaq istədik, lakin zənglərimiz cavabsız qaldı.






©Yeniavaz

Bizi Telegram-da izləyin: t.me/indexaz