Image description

Bu ilin aprel ayında Azərbaycan xarici ölkələrə 21,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin may sayında bildirilir.

Bu, 2020-ci ilin aprel ayının göstəricisi ilə müqayisədə 13,8 milyon ABŞ dolları və ya 2,9 dəfə çoxdur.

Bu ilin yanvar-aprel ayları ərzində isə Azərbaycan xarici ölkələrə 64,6 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 2020-ci ilin 4 ayı ilə müqayisədə 20,9 milyon ABŞ dolları və ya 47,8% çoxdur.

Bizi Telegram-da izləyin: t.me/indexaz